Türkiyədə azərbaycanlı gəncin faciəli sonu VİDEO

07 Sentyabr, 2019 12:41 | Hadisə | Baxış sayı: 194
Elektrik
Elektrik

22 yaşlı gənci çəkməyə çalışdığı elektrik naqili öldürdü

Türkiyədə 22 yaşlı azərbaycanlı gənc faciəli şəkildə həyatını itirib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, hadisə İstanbulda Fatih məhəlləsi adlanan ərazidə baş verib. 

Akşemsettin məhəlləsində binalardan birinə fiberoptik xətlər çəkilib. Xəttin çəkilməsində 22 yaşlı Rüfət Fərhadov da iştirak edib. Onu fasad hissədə işlədiyi zaman elektrik cərayanı vurub. Nəticədə gənc kölgəlik yaratmaq üçün nəzərdə tutulan yerə düşüb. 

Xilasedicilər və təcili yardım briqadasının köməyi ilə aşağı endirilən gəncin öldüyü müəyyən edilib. 

Fərhadovun meyiti morqa aparılıb.