Qusarda yağışlı havada maşın yoldan çıxıb ağaca çırpıldı

07 Sentyabr, 2019 11:26 | Hadisə | Baxış sayı: 171
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

Qəza nəticəsində yaralanan sürücünün vəziyyəti ağırdır

Qusar rayonunda yol qəzası baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Balaqusar kənd sakini 58 yaşlı Rüfət Əlimərdan oğlu Hacıyev idarə etdiyi "VAZ -2107" markalı avtomobil yoldan çıxıb. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb.

Sürücü diz qapağının və daban sümüyünün açıq sınığı, dalağın travmatik cırılması və travmatik şok dioqnozu ilə Qusar rayon mərkəzi xəstəxasına çatdırılıb. Vəziyyəti ağır olan sürücü Rüfət Hacıyev əməliyyat edilir.

Qusar polis şöbəsi faktı araşdırmaya başlayıb. Qəzaya yağışlı havada yüksək sürətlə idarəetmənin səbəb olduğu istisna edilmir.

Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"