Qubada ayı kəndi qorxuya saldı

07 Sentyabr, 2019 08:46 | Hadisə | Baxış sayı: 78
Qonur ayi
Qonur ayi

Ayının kənd təsərrüfatı heyvanlarına zərər vurduğu deyilir

Qubada ayaının kəndə hücum etməsi ilə bağlı məlumat yayılıb. Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.

ETSN-nin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.