İstanbuldan Bakıya gələn avtobus "Shagman"a çırpıldı, ölən var

07 Sentyabr, 2019 09:12 | Hadisə | Baxış sayı: 164
Avtobus qəzası (Arxiv)
Avtobus qəzası (Arxiv)

Qəza Şəmkir ərazisində baş verib

Səhiyyə Nazirliyi Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub. “Təcili Yardıma çağırış gecə saat 4.04 də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır vəziyyəti kritikdir”.

Qəzaya düşən “Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb “Shagman” markalı yük maşınının avtobusa çırpılması olub.