"Dorian" 43 can aldı

07 Sentyabr, 2019 10:33 | Hadisə | Baxış sayı: 42
"Dorian" qasırğası
"Dorian" qasırğası

220 mindən çox insan işıqsız qalıb

ABŞ-ın bir hissəsini cənginə alan "Dorian" qasırğası can almağa davam edir. NBC telekanalının ən son məlumatına görə, Baham adalarında 43 nəfər qasırğa nəticəsində ölüb.

Onlarla insan itkin hesab edilir. Bunun üçün də ölü sayının artacağı istisna edilmir.

Qırmızı Xaçın məlumatına görə, qasırğa ancaq Bahamda 13 mindən çox evə ziyan vurub.

"Dorian"a görə Cənubi Karolina və Corciyada 220 mindən çox insan işıqsız qalıb. Bir neçə ştatda fövqəladə vəziyyət elan edilib.

Qasırğaya görə ABŞ prezidenti Donald Tramp da Avropaya səfərini təxirə salmışdı.