Ailə faciəsi - boşanmaq istəməyən kişi 4 uşağını asdı

07 Sentyabr, 2019 14:40 | Hadisə | Baxış sayı: 332
Ailə
Ailə

Kişi 16-4 yaşlı uşaqları kəmərlə boğub

Cənubi Afrikada boşanmaq istəyən qadın həyatının ən acı faciəsini yaşayıb. Ailə faciəsi Pinetovn şəhərində meydana gəlib. Boşanma mərhələsində olduğu ərinin uşaqlarını məktəbdən götürdüyünü öyrənən Xoli Mpungose adlı qadın dərhal polisə müraciət edib.

Ana ilə birlikdə evə gedən polis dəhşətli mənzərə ilə üzləşib. Yaşları 4-10 arasında dəyişən 3 uşağın meyitləri evin müxtəlif otaqlarında asılmış vəziyyətdə aşkarlanıb. Qadının ilk evliliyindən olan 16 yaşlı yeniyetmənin meyiti isə evin yaxınlığındakı bir ağacdan asılı halda tapılıb. 

Polisin məlumatına görə, qatil ata övladlarını bir-birindən ayıraraq müxtəlif otaqlarda kəmərlə asıb. 

Hadisə yerindən qaçan 41 yaşlı kişini polis bir gün sonra yaxalaya bilib. Qadın boşanma qərarı verdiyi üçün ərinin belə dəhşətli cinayətə əl atdığını bildirib.