"Mercedes" yük maşınına çırpılıb - ölən və yaralananlar var

07 Sentyabr, 2017 12:24 | Hadisə | Baxış sayı: 104
Qəza (Arxiv)
Qəza (Arxiv)

Rumiyyə Cəfərova hadisə yerində ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən İstiPress-ə verilən məlumata görə, sentyabrın 6-da saat 9 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Vüsal Abdullayevin idarə etdiyi “MAN” və Rəşad Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisənin baş verməsi nəticəsində R.Məmmədovun sərnişini - paytaxt sakini Rumiyyə Cəfərova hadisə yerində ölüb, özü və digər 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.