Bakıda hissələrə ayrılmış meyitin başı tapıldı - FOTO

07 Sentyabr, 2017 17:26 | Hadisə | Baxış sayı: 460
Kollektor (Arxiv)
Kollektor (Arxiv)

Növbəti rəsmi məlumat yayılıb

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması ilə bağlı növbəti rəsmi məlumat yayılıb.

İstiPress xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Meyitin baş hissəsinin fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Meyitin baş hissəsinin fotoşəkli
Meyitin baş hissəsinin fotoşəkli