Yaşlı qadını soyan şəxs saxlandı - FOTO

07 Avqust, 2019 16:49 | Hadisə | Baxış sayı: 69
Azərbaycan polisi
Azərbaycan polisi

Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib

Polis  yaşlı qadına qarşı soyğunçuluq edən şəxsi saxladı. 

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata
görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən Bakı şəhər sakini, 37 yaşlı Anar Cəfərov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması da məlum olub. Polis  əməkdaşları tərəfindən onun Xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə
keçirilən baxış zamanı oradan 441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb. 

Faktla əlaqədar A.Cəfərov barəsində AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.