Qohumlarının evindən oğurluq edən gənc yaxalandı - FOTO

07 Avqust, 2019 16:59 | Hadisə | Baxış sayı: 121
Polis
Polis

Polis iki fərdi yaşayış evindən oğurluq edən şəxsi saxlayıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Təngəaltı kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

İstiPress-in şimal bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, araşdırmalarla onun həmin kəndin sakini, 24 yaşlı Qalib Orucəliyev olduğu müəyyən edilib.

Dindirilərkən həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, Q.Orucəliyev qohumlarının kənd ərazisində keçirilən toy mərasimində iştirak etməsindən istifadə edərək onlara məxsus fərdi yaşayış evlərinə qanunsuz daxil olmaqla oradan pul və qızıl-zinət əşyaları oğurlayıb.

Q.Orucəliyev tərəfindən oğurluq yolu ilə əldə edilmiş pul və qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir. Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.