Oğul sükan arxasında qıcoldu - anasını vurdu

07 Avqust, 2019 18:43 | Hadisə | Baxış sayı: 112
Təcili yardım maşını
Təcili yardım maşını

DİN-dən rəsmi açıqlama

Lənkəranda 67 yaşlı Zahirə Ağayevanın ölümü ilə nəticələnən hadisə ilə bağlı bəzi təfərrüatlar bəlli olub.  

İstiPress-in məlumatına görə, DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, avqustun 6-da axşam saatlarında qadının 42 yaşlı oğlu Zaur Ağayev  “Mercedes” markalı avtomobillə həyətə daxil olarkən onda qıcolma baş verib, nəticədə idarəetməni itirib.

“Həmin vaxt Zahirə Ağayeva həyətdə oturacaqda oturubmuş, maşın onun ayaq nahiyəsinə çırpılıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb”,- Mənsurzadə əlavə edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, həmin mənzildə mərhum Zahirə Ağayeva həyat yoldaşı, iki oğlu və nəvələri ilə birgə yaşayıb.