İki maşın toqquşdu - sərnişin qadın öldü

07 Avqust, 2019 17:57 | Hadisə | Baxış sayı: 54
Avtomobil qəzası
Avtomobil qəzası

Hadisə yerində keçindi

Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Qazax rayon sakini H.Qapaqovun idarə etdiyi “DAF” markalı yük maşını ilə Beyləqan şəhər sakini S.Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə S.Mehdiyevin sərnişini Ayşən Xıdırlı hadisə yerində ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.