Bakıda avtomobil səkiyə çıxdı - qızla oğlanı vurdu

07 Avqust, 2019 19:33 | Hadisə | Baxış sayı: 85
Təcili yardım
Təcili yardım

Onların nişanlı olduğu bildirilir

Bakıda avtomobil iki piyadanı vurub.

İstiPress-in məlumatılna görə, hadisə "Gənclik Mall"un yaxınlığındakı avtobus dayanacağında qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yoldan səkiyə çıxıb və 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, bu barədə təcili tibbi yardıma çağırış saat 18:37 də daxil olub: "Yaralılara - qıza sol bazunun travması, oğlana alının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub".

Hadisə yerində olan həkim briqadasının bildirdiyinə görə, onların həyatları üçün təhlükə yoxdur.

Qeyd edək ki, onların nişanlı olduğu bildirilir.