Su anbarında 22 yaşlı oğlan batdı

07 Avqust, 2018 18:58 | Hadisə | Baxış sayı: 74
Dalğıc
Dalğıc

Mingəçevir su anbarında (nəzarətsiz ərazi) 1 nəfər batıb.

İstiPress FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1996-cı il təvəllüdlü Məmmədov Tofiq Rafiq oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.