Gəncə hadisələrinin daha bir iştirakçısı axtarışa verildi

07 Avqust, 2018 17:49 | Hadisə | Baxış sayı: 156
Gəncədə ixtişaş
Gəncədə ixtişaş

Gəncə hadisələrinə görə daha bir nəfər həbslə axtarışa verilib.

İstiPress-ə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Hikmət Natiq oğlu Əliyev Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2, 279.1-1, 277 və 315.2-ci maddələri (ümumilikdə, 21 maddə) ilə ittiham olunur. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Baş Prokurorluğun məlumatlarına görə, bu qurumun, DİN-in və DTX-nin əməkdaşlarından ibarət operativ istintaq qrupunun həyata keçirdiyi tədbirlər sayəsində Gəncədə baş vermiş hadisələrlə bağlı 61 nəfər ittiham olunub və onların barəsində həbs qətimkan tədbiri seçilib, xüsusi xidmət orqanları tərəfindən dörd nəfər zərərsizləşdirilib, daha 13 nəfər axtarışa verilib.