Dövlət Agentliyinin adından dələduzluq edən qadın axtarışa verilib

07 Avqust, 2018 15:52 | Hadisə | Baxış sayı: 85
Ülviyyə Abdalova
Ülviyyə Abdalova

Bakı Ağır Cinayətlər Məhkəməsində Mənzil İnşaatı Dövlət Agentliyinin adından istifadə edərək dələduzluq törətməkdə təqsirləndirilən, Daxili İşlər Nazirliyinin polkovniki, "579 SSA" MMC-nin təsisçisi Eldar Salayev, şirkətin direktoru vəzifəsində işləyən Məhəmməd Qafarov, Ülviyyə Abdalova və Leyla İsmayılovanın məhkəməsi keçirilib.

İstiPress-in verdiyi məlumata görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə təqsirləndirilən Ü.Abdalovanın məhkəməyə gəlmədiyi bəlli olub.

Hakim onun barəsində həbsli axtarış qərarı çıxarıb. Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Eldar Salayevin 6 il 6 ay, Məhəmməd Qafarovun 7 il, Leyla İsmayovanın 6 il və Ülviyyə Abdalovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmalarını istəyib.