Bakılı xalq artisti erməni seksual manyakın dostu çıxdı - FOTO

07 Avqust, 2018 20:47 | Hadisə | Baxış sayı: 755
Mixail Xaçaturyan gəncliyində
Mixail Xaçaturyan gəncliyində

Qızlarına tamah salmış Xaçatryan cinayətinin yeni təfərrüatları

Moskvada doğma qızları tərəfindən bıçaqlanaraq öldürülən erməni kriminal Mixail Xaçaturyanın Moskvanın erməni icmasının nüfuzlu nümayəndələri ilə birgə fotoları üzə çıxıb.

İstiPress “Sensum Klub” portalına istinadən bildirir ki, Mixail Xaçaturyanın Rusiya şou-biznesinin nüfuzlu erməni nümayəndələri Avram Russo və Yevgeni Petrosyanla birgə dostyana şəkilləri var.

Təbii ki, Rusiya mətbuatı bu şəkillərin tarixçəsi ilə maraqlanmaq üçün Rusiyanın xalq artisti Yevgeni Petrosyana müraciət edir. 1945-ci ildə Bakıda anadan olmuş və Azərbaycan Pedoqoji İnstitunun riyaziyyat müəllimi Vahan Petrosyansın ailəsində böyümüş Yevgeni dərhal özünü bilməməzliyə vurur, tanımadığını deyir.

Mixail Xaçaturyan Yevgeni Petrosyanla
Mixail Xaçaturyan Yevgeni Petrosyanla

Bunun da səbəbi var. «Meduza»nın yazdığına görə, polis Mixail Xaçaturyanın maşınında ölümündən sonra araşdırma aparan zaman 2 kiloqram kokain aşkarlayıb. Evdə çox sayda icazəsiz silah-sursat aşkarlayıb.

Ən dəhşətli isə qızlarının dedikləridir.  Qızı Anqelina Xaçatryan danışır ki, anaları evi tərk edəndən sonra ataları onlara qeyri-təbii seksə məcbur edib. İkinci qızı Anqelinanın 14 yaşı olanda atası onu özü ilə birlikdə Soçiyə aparıb və orada oral seksə məcbur edib. Bu, Moskvaya döndükdən sonra da davam edib. Daha sonra Mixail Xaçaturyan böyük qızı Kristina ilə də eyni işi təkrarlayıb. Ən dəhşətlisi odur ki, o, bu işə qızlarını silah qorxusu altında məcbur edirmiş.

İyulun 27-də sərxoş Xaçaturyan növbəti dəfə qızlarına hucum edən zaman qızlardan bir dözməyib və ona 36 bıçaq vurub. Avqustun 2-də Rusiya polisi 17 yaşlı Mariyanın, 18 yaşlı Anqelinanın və 19 yaşlı Kristinanın həbsinə qərar verib. Məhz bütün bu deyilənlərə görə Yevgeni Petrosyan köhnə dostundan imtina edib.  

Anqelina Xaçaturyan
Anqelina Xaçaturyan