Bakıda partiya sədrinin evini yarıb qızılları apardılar

07 Avqust, 2018 14:57 | Hadisə | Baxış sayı: 90
Qızıl əşyalar
Qızıl əşyalar

Azərbaycan Aydınlar Partiyasının sədri, professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

İstiPress-in məlumatına görə, F.İbrahimbəyov küçəsi, 12 ünvanında yaşayan Q.Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.

Partiya sədrinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Faktla bağlı araşdırma aparılır.