Bakıda işlədiyi evdə 6 yaşlı qızı zorlayan usta tutuldu

07 Avqust, 2018 17:40 | Hadisə | Baxış sayı: 322
Zorlama - KOLLAJ
Zorlama - KOLLAJ

Bakıda pedofil saxlanılıb. İstiPress-in məlumatına görə, bu barədə "Sputnik Azərbaycan"a paytaxtın Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Suraxanı RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü Bakı sakini Elbrus Məmmədov saxlanılıb. Onunla bağlı AR Cinayət Məcəlləsinin 150-ci maddəsi (seksual xarakterli zorakılıq hərəkətləri) ilə cinayət işi açılıb.

E.Məmmədov 6 yaşlı qız uşağına qarşı cinayət törətməkdə ittiham olunur. Məlumata görə, iyulun 15-dən 18-dək Məmmədov Suraxanı rayonu, Cəfərov küçəsində yaşayan E.S.-in sifarişi əsasında onun evində usta işləyib.

İşin materiallarına görə, həmin dövr ərzində ev sahiblərinin qısa müddətdə evdə olmamasından istifadə edərək, ailənin 2012-ci il təvəllüdlü qızına yaxınlaşıb və ona qeyri-ənənəvi üsullarla təcavüz edib. Bu cinayətdən uşağın valideynləri hadisədən yarım ay keçəndən sonra xəbər tutublar.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, istintaq Məmmədovun təqsirini sübut edən dəlillərə malikdir. Faktla bağlı istintaq davam edir.