Orta məktəbi yeni bitirmiş gənci maşın vurub öldürdü

07 İyul, 2019 17:15 | Hadisə | Baxış sayı: 305
Təcili yardım maşını
Təcili yardım maşını

Rayon xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb

Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in şimal bürosunun məlumata görə, hadisə rayonun Hacıhüseyli kəndi ərazisində qeydə alınıb.  Əliməmmədoba kəndi sakini, 18 yaşlı Murad Azad oğlu Babayevi maşın vurub.

Xəsarət alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.