Azərbaycanda silahlı toqquşma - “Lexus”u güllələdilər

07 İyun, 2018 20:50 | Hadisə | Baxış sayı: 320
Ov tüfəngi
Ov tüfəngi

Tərəflər bir-birilərinə odlu silahdan atəş açıb

Cəlilabad rayonunda silahlı insident olub.

İstiPress-in məlumatına görə, rayonun iki sakini arasında yaranan mübahisə nəticəsində tərəflər bir-birilərinə odlu silahdan atəş açıblar.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, “Lexus” markalı minik avtomobilinə və tərəflərin birinə məxsus evə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.