Azərbaycanda avtoritetlər arasında atışma - Yaralanan var

07 İyun, 2018 16:58 | Hadisə | Baxış sayı: 275

Şamaxı rayonunda silahlı insident olub.

İstiPress-in məlumatına görə, hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.

Şamaxı Rayon Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir. Prokurorluq hadisə bağlı əlavə məlumat verməkdən imtina edib.