İrandakı terror nəticəsində ölənlərin sayı 12-yə çatıb

07 İyun, 2017 14:51 | Hadisə | Baxış sayı: 152
Tehran, İran
Tehran, İran

39 nəfərin xəsarət aldığı deyilir

İranın paytaxtı Tehranda İran Parlamenti və  İmam Xomeyninin türbəsinə silahlı hücum nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

İstiPress “RİA Novosti”yə istinadən xəbər verir ki, İran Ədliyyə nazirliyi 39 nəfərin yaralandığı barədə məlumat yayıb.

Bu gün qadın paltarı geyinmiş 4 nəfər İran Parlamentinə girib və atəş açmağa başlayıb. Daha sonra bir nəfər özünü partladaraq intihar edib.

Eyni zamanda, İmam Xomeyninin türbəsinə də silahlı hücum olub. Burda da bir nəfər özünü partladıb. Güc strukturları iki nəfəri həbs edib.

KİV, İmam Xomeyninin türbəsində daha bir partlayışın baş verməsi barədə məlumat yayıb. Lakin, hakimiyyət bu iddianı təsdiq etməyib.