İntihar etdiyi deyilən kişini qadın öldürübmüş

07 May, 2020 10:17 | Hadisə | Baxış sayı: 119
Qadın kişini bıçaqladı
Qadın kişini bıçaqladı

Boğazını bıçaqla kəsərək intihar etməsi iddia edilirdi

Bakıda qətl törətməkdə təqsirləndirilən Şahanə Fəxrətovanın cinayət işi üzrə ibtidai isitintaq başa çatıb.

İstiPress-in məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

1986-ci il təvəllüdlü Ruslan Fəxrətov boğazını bıçaqla kəsərək intihar etməsi və qanaxmadan dünyasını dəyişməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq araşdırmaları zamanı hadisənin intihar deyil, qətl olduğu ortaya çıxıb.

Məlum olub ki, o, Fəxrətova Şahanə Məstalı qızı tərəfindən qətlə yetirilib.

Qadına Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.