Azərbaycanda polisləri pərdəyə görə cərimələdilər

07 May, 2018 14:39 | Hadisə | Baxış sayı: 300
Pərdə çəkilən maşın
Pərdə çəkilən maşın

Qusarda 4 nəfər polis əməkdaşı inzibati qaydada cərimələnib. İstiPress-in şimal bürosunun məlumatına görə, onlar elə polis şöbəsinin rəisi Zaur Bədəlov tərəfindən cəza alıblar.

Qusar polis şöbəsinin 4 nəfər əməkdaşının avtomobili ölkədə nəqliyyat vasitələrinin yan şüşələrində qadağan edilən pərdə olduğuna görə  cərimələnib. Onlar 150 manat dəyərində cəriməni ödədikdən sonra və pərdələri çıxardıqdan sonra avtomaşınlarını cərimə meydançasından götürə biliblər.

Qeyd edək ki, bu qərar Azərbaycanda noyabrın 15-dən mayın 1-dək qüvvədə olub, qeyd etdiyimiz hadisə də aprel ayında baş verib. Artıq həmin pərdələrə icazə verilsə də, məsələnin aktuallığı diqqəti çəkir.

Qusar polis şöbəsindən bu barədə danışmaq istəməyiblər. Bildirilib ki, burada qeyri-adi heç nə yoxdur, qanun hamıya aiddir, polis də vətəndaşdır və onlar da digər vətəndaşlar kimi qanunlara tabe olmalıdırlar. Olmayanları bu cür cəza gözləyir.