Azərbaycanda dəhşətli qəza - 6 ölü

07 May, 2018 09:49 | Hadisə | Baxış sayı: 250
Yol qəzası
Yol qəzası

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb. 

Məlumata görə, kənd sakinlərini tarlaya aparan traktor sərt döngədə idarəetməni itirərək Sabir kanalına aşıb.

Hadisə nəticəsində traktorun qoşqusunda olanlardan 7 nəfərdən 6-sı suda boğularaq dünyasını dəyişib. Həlak olanların hamısının bir ailənin üzvləri olduğu bildirilir.