Azərbaycanda sərxoş halda xidmətə çıxan polis işdən qovuldu - VİDEO

07 Aprel, 2020 15:56 | Hadisə | Baxış sayı: 603

Polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb

Qusar rayon polis şöbəsinin şəxsi heyəti koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışdığı bir vaxtda sosial şəbəkələrdə iş başında sərxoş olan bir polis əməkdaşının videosu yayılıb. DİN dərhal yayılan videolara reaksiya verib və polisin adına yaraşmayan polis nəfəri haqda tədbir görülüb.

İstiPress-in şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb:

“O, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qusarda polis əməkdaşının sərxoş vəziyyətdə xidmət aparması barədə görüntülər yayılıb.

 

Həmin videonu təqdim edirik: