Ata evini, arvadını, oğlunu, gəlinini və nəvəsini yandırdı

07 Aprel, 2020 11:23 | Hadisə | Baxış sayı: 167
Bina yanğını - ARXİV
Bina yanğını - ARXİV

Oğulun, gəlinin və nəvənin vəziyyəti ağırdır

Şəmkirdə kişi yaşadığı evi yandırıb.

İstiPress-in məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1961-ci il təvəllüdlü Yaqubov Vəli Əkbər oğluna məxsus, 200 kvadratmetr sahəsi olan 5 otaqlı evdə baş verən yanğın zamanı ev sahibinin həyat yoldaşı - 1966-cı il təvəllüdlü Yaqubova Nüşabə, oğlu - 1988-ci il təvəllüdlü Vəliyev Əkbər, gəlini - 1988-ci il təvəllüdlü Vəliyeva Nərgiz və 4 yaşlı nəvəsi Banu yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. V.Əkbər, V. Nərgiz və azyaşlı övladlarının vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdiriliblər.

Hadisə yerinə FHN-in Şəmkir Yanğından Mühafizə hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

İlkin məlumata görə, evi sahibi V. Yaqubov ailə münaqişəsi zəminində qəsdən yandırıb.

Faktla bağlı araşdırma aparılır.