Azərbaycanda qatar yolu keçən kişini vurdu

07 Aprel, 2018 15:38 | Hadisə | Baxış sayı: 81
Dəmir yolu
Dəmir yolu

Aprelin 6-da 18 radələrində Şəmkir dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə elektrovozla Şəmkir rayon sakini Seyidməmməd Heydərov vurulub.

İstiPress-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, xəstəxanaya yerləşdirilmiş S.Heydərov orada ölüb.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.