Bakıda qardaş bacısının başını kəsdi

07 Fevral, 2020 09:31 | Hadisə | Baxış sayı: 194
Boğazına bıçaq dirənən qadın
Boğazına bıçaq dirənən qadın

Ülgüclə boğazı kəsilən 53 yaşlı qadın ölüb

Bakıda qardaş bacısını qətlə yetirib. Hadisə fevralın 6-da, paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb. Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə könüllü gələrək törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.