Meksikada bu dəfə 2 kişi mafiya qurbanına çevrilib

07 Yanvar, 2017 05:53 | Hadisə | Baxış sayı: 16
Meksikada bu dəfə 2 kişi mafiya qurbanına çevrilib
Meksikada bu dəfə 2 kişi mafiya qurbanına çevrilib

Naməlum şəxslər onları çimərlikdə güllələyib

Meksikanın Akapulko kurort şəhərində növbəti silahlı insident baş verib.

İstiPress-in "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qerrero ştatının təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.

Məlumata görə, naməlum şəxslər çimərlikdə iki kişini güllələyib. Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

İki gün əvvəl Akapulkoda  bir neçə silahlı şəxs ərzaq bazarında atəş açaraq 6 nəfəri qətlə yetirmişdi.

Qerrero ştatı Meksikada ən təhlükəli bölgələrdən biri kimi tanınır. Burada narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında vaxtaşırı silahlı münaqişələr baş verir.