Florida aeroportundakı atışmanın ilkin motivləri

07 Yanvar, 2017 00:44 | Hadisə | Baxış sayı: 34
Florida aeroportundakı atışmanın ilkin motivləri
Florida aeroportundakı atışmanın ilkin motivləri

5 nəfəri öldürən təxminən 35 yaşlı Latın Amerika əsilli şəxsdir

ABŞ-ın Fort-Loderdeyl şəhərində hava limanında atışmanın mümkün motivləri açıqlanıb.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Florida ştatını Senatda təmsil edən Bill Nelson bildirib.

“Hadisənin səbəbi polis tərəfindən yaxalanan şəxsin psixoloji problemi və yaxud bizim ən çox ehtiyatlandığımız terrorçuluq ola bilər”, - deyə B.Nelson bildirib.

İlkin məlumata əsasən, hava limanında atəş açaraq 5 nəfəri öldürən təxminən 35 yaşlı Latın Amerika əsilli şəxsdir.