Bakıda maşınlar toqquşdu: ölü və yaralılar var

07 Yanvar, 2017 22:59 | Hadisə | Baxış sayı: 103
Zəncirvarı yol qəzası. Arxiv
Zəncirvarı yol qəzası. Arxiv

Yaralılardan birinin azyaşlı uşaq olduğu bildirilir

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Mercedes”, “Qaz” və iki “Vaz” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Vaz” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Avto qəza nəticəsində 4 nəfərin yaralandığı da bildirilir. Bu barədə isə APA məlumat yayıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən xəbərə görə, onlardan birinin vəziyyəti ağır, üçünün vəziyyəti isə stabildir. Yaralılardan biri azyaşlı uşaqdır.

Məlum qəza səbəbindən Zabrat yolunda tıxac yaranıb.