5 nəfəri öldürən və 13 nəfəri yaralayan şəxsin adı... (FOTO)

07 Yanvar, 2017 02:24 | Hadisə | Baxış sayı: 152
ABŞ-da hava limanında atəş açan şəxsin adı açıqlanıb
ABŞ-da hava limanında atəş açan şəxsin adı açıqlanıb

Onun üzərində hərbi sənədlərin olduğu bildirilir

ABŞ-da hava limanında atəş açan şəxsin adı açıqlanıb. İstiPress-in "NBC News"a istinadən verdiyi məlumata əsasən, Fort-Loderdeyl şəhərində hava limanında atəş açaraq 5 nəfəri öldürən və 13 nəfəri yaralayan şəxs Esteban Santyaqodur.

O, Fort-Loderdeyl şəhərinə Alyaska ştatından gəlib, üzərindəki silahı isə qanun pozuntusu olmadan təyyarəyə keçirib.

Onun üzərində hərbi sənədlərin olduğu bildirilir. Hazırda onun Federal Tədqiqatlar Bürosu əməkdaşları tərəfindən dindirildiyi bildirilir.