Sürücü və sərnişin qəzada öldü

06 Dekabr, 2019 19:17 | Hadisə | Baxış sayı: 176
Avtomobil qəzası
Avtomobil qəzası

Yük maşını ilə minik maşını toqquşdu

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"TIR" markalı yük maşını ilə "Priora" markalı nəqliyyat vasitəsi toqquşub.  Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb.

Polis araşdırma başlayıb və ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.