Borca görə axtarışda olan 19 nəfər saxlanıldı

06 Dekabr, 2019 16:18 | Hadisə | Baxış sayı: 68
Həbs
Həbs

bağlı qalmış 11 cinayətin açılması təmin olunub

Ötən gün törədilmiş altı cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

IstiPress-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.