Keçi 20 min avronu yedi, ev sahibi də keçini

06 Dekabr, 2018 11:02 | Hadisə | Baxış sayı: 308
Keçi
Keçi

Torpaq sahəsi almaq istəyən ev sahibinə 300 avro qalıb

Serbiyada tragikomik hadisə baş verib. "Dələ" ləqəbli keçi sahibinin yığdığı pulu yeyib. Söhbət isə nə az, nə çox düz 20 min avrodan gedir. 

Paytaxt Belqaraddan 80 km aralıda yerləşən Raniloviç kəndində yaşayan Smiç ailəsi bir neçə hektar torpaq sahəsi almaq üçün uzun müddət pul toplayıb. Onlar 20 min avronu hazır edərək, evdəki masanın üzərinə qoyub və satıcını gözləməyə başlayıblar. 

"Qaynanam səhər heyvanlara yem vermək üçün evdən çıxıb. Amma qapının açıq qaldığını bilməyib. Bir neçə ildir bizimlə yaşayan "dələ" də evə girib, masaya çıxıb və pulları çeynəməyə başlayıb.

Biz səs-küy eşitdik, ərim dərhal baxmağa getdi. Az qaldı onu infarkt vursun. Keçi pulları yeyirdi", deyə evin xanımı bildirib.  

Tərs keçi ev sahibinə ancaq 300 avro pul saxlayıb. Qalan pullar isə tamamilə yararsız hala düşüb. "O vaxtdan ərim danışmır, oturu və bir nöqtəyə baxır". 

Hadisədən sonra ev sahibləri keçini kəsərək yeyməklə cəzalandırıblar.