Ermənistanda hərbçilər qar uçqununa düşdü

06 Dekabr, 2018 13:30 | Hadisə | Baxış sayı: 43
Qar uçqunu
Qar uçqunu

Uçqun Sisyan da qeydə alınıb

Ermənistanda bir qrup hərbi qulluqçu qar uçqununa düşüb. Hadisə Sisiyan vilayətində qeydə alınıb.

Bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyan bildirib. 

Köməyə gələnlər müqavilə əsasında xidmət göstərənləri xilas edə biliblər. Onlardan birinin taleyi bilinmir. 

Xatırlayaq ki, bu qış başlayandan ikinci hadisədir. Bir müddət öncə də postda dayanan əsgər qar uçqununa düşmüş, onun meyiti 3 gün sonra tapılmışdı.