Azərbaycanda yol qəzasında vəzifəli şəxs öldü

06 Dekabr, 2018 17:31 | Hadisə | Baxış sayı: 198
Yol qəzası
Yol qəzası

Hadisə İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib

Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.

İstiPress-in məlumatına görə, hadisə Hacıqabul rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib. 

“Mercedes” markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.

Nəticədə VAZ-ın sürücüsü, Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri, 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.