Azərbaycanda gənc qız arıqlamaq üçün dərman içdi, öldü

06 Dekabr, 2018 14:08 | Hadisə | Baxış sayı: 97
Həddindən artıq dərman qəbul etdi
Həddindən artıq dərman qəbul etdi

Xəstəxananın reanimasiya şöbəsində vəfat edib

Yevlaxda 18 yaşlı qız zəhərlənərək ölüb.

İstiPress-in məlumatına görə, 2000-ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə Yevlax rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım bölməsinə gətirilib. 

Dünən xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Onun, evdə arıqlamaq üçün kömür tabletkası içdiyi iddia edilir. 

Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.