Bakıda qəza bir ailəni məhv etdi

06 Dekabr, 2017 09:35 | Hadisə | Baxış sayı: 1481
Qəzaya uğrayan maşın
Qəzaya uğrayan maşın

Ailənin 5 üzvü əzilən maşında ölüb

Bakıda bir ailənin 5 üzvinin ölümü ilə nəticələnən ağır qəza baş verib. FHN-dən İstiPress-ə verilən məlumata görə, Qaradağ rayonunda  “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.  Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. 

Ölənlər arasında 6 aylıq Hüseynova Cənnət İntamiz qızı da var.