Usta təmir etdiyi maşını qaçırdı - dirəyə çırpdı

06 Noyabr, 2019 15:25 | Hadisə | Baxış sayı: 36
Avtomobil qəzası
Avtomobil qəzası

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğru usta saxlanılıb

Noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

İstiPress-in məlumatına görə, həmin maşın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.