Tacikistanda sərhəd zastavasına hücum, ölənlər var

06 Noyabr, 2019 08:58 | Hadisə | Baxış sayı: 48
Sərhədçi
Sərhədçi

20 maskalıdan 15-i məhv edilib

Ötən gecə 20 nəfərdən ibarət naməlum cinayətkar dəstə Tacikistanın paytaxtı Düşənbənin 60 kilometrliyindəki “İşkobad” sərhəd zastavasına hücum edib. Tacikistanın Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları İdarəsinin yaydığı məlumata görə, maskada olan 20-yə yaxın cinayətkar sərhəd qoşunlarının 5 avtomatını ələ keçiriblər.

Güc sturukturlarının həyata keçirdikləri əməliyyat nəticəsində qruplaşmanaın 15  üzvi öldürülüb. Daha 5 nəfər isə saxlanılıb. 

Atışma zamanı sərhəd qoşunlarının bir əsgəri və polis işçisi də həlak olub. Hadisə yerində əməliyyat istintaq qrupu yaradılıb, araşdırma aparılır.  

Özbəkistanın sərhəd xidməti də faktla bağlı araşdırma aparıldığını bildirib. 

Xatırladaq ki, Tacikistan ilə özbəkistanın dövlət sərhəddi 1,33 min kilometrdir.