Qubada 9 aylıq hamilə gəlin özünü asdı

06 Noyabr, 2019 10:20 | Hadisə | Baxış sayı: 1516
Hamilə qadın
Hamilə qadın

23 yaşlı qadın ailə münaqişəsindən sonra intihar edib

Qubada hamilə olan qadın intihar edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, 1-ci Nügədi kəndində yaşayan Əfsanə Eldar qızı Ağayeva özünü yaşadığı evin həyətində asıb.

Bu barədə məlumat daxil olan Quba rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib. Meyit və hadisə yerinə baxış keçirilib, gənc qadının meyiti tibbi ekspertizadan keçirilib. İlkin araşdırma zamanı aydın olub ki, Əfsanə Ağayeva noyabrın 5-i axşam saat 19 radələrundə ailədaxili münaqişədən sonra yaşadığı evin arxasındakı yarım tikilidən özünü heyvan bağlamaq üçün istifadə edilən kəndirdən asaraq öldürüb.

Əfsanənin meyitinin müayinəsi zamanı onun bətnində 8-9 aylıq hamiləlik müddətinə uyğun oğlan cinsinə aid ölü döl də aşkar edilib. Hamilə qadının  əvvəllər də dərman içərək  intihar etmək istədiyi məlum olub.Ailə üzvləri bildiriblər ki, Əfsanə dərman içdikdən sonra Şabran rayon mərkəzi xəstəxanasında müalicə də alıb.

23 yaşı oktyabrın 21-də tamam olan Əfsanə Ağayeva 2015-ci ildə doğulduğu Qubanın Yalavanc kəndindən 1-ci Nügədi kəndinə gəlin köçüb. O, kənd sakini Akif Ağayevlə ailə həyatı qurub.

Quba rayon prokurorluğunda CM-nin 125-ci özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.