Moskva təyyarəsində dava salan azərbaycanlının görüntüsü yayaıldı VİDEO

06 Noyabr, 2019 10:15 | Hadisə | Baxış sayı: 118
Sərnişin
Sərnişin

Məhkəmə aqresiv sərnişinə 2 il cəza verib

Rusiyada bu ilin marta ayında təyyarədə xuliqanalıq etdiyi üçün saxlanılan azərbaycanlı haqqında qərar verilib. Məhkəmənin hökmü ilə Orenburq-Moskva reysinin sərnişini olan azərbaycanlı kişi 2 il müddətinə azadlıqdan məhrum edilib. 

Xuliqanlıq zəminində həbs olunan və haqqında həbs qərarı çıxarılan azərbaycanlının təyyarədən düşürülməsinin görüntüləri yayılıb.

O, göyərtədə dava salıb, sərnişinlərə və ekipaja qarşı kobudluq edib, aqressiv davranaış nümayiş etdirib. Nəticədə heyət göyərtəyə polis çağırmağa vadar olub və sərnişin qandallanaraq hava limanına qaytarılıb.