İki uşaqla "Megafun"a gedən ana yoxa çıxdı

06 Noyabr, 2019 09:21 | Hadisə | Baxış sayı: 114
"Megafun"
"Megafun"

Qadın son dəfə həyat yoldaşına oktyrabın 24-də zəng edib

Bakıda ana iki uşağı ilə birgə itkin düşüb. Hadisə oktyabrın 24-də Nərimanov rayon ərazisində baş verib.

1992-ci il təvəllüdlü Lamiya Əlizadə oğlu - 2010-cu il təvəllüdlü Emil Məmişov və qızı - 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birgə Xətai rayon ərazisində yerləşən "Megafun" əyləncə mərkəzinə gedib. O, bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayıb və Ə.Rəcəbli küçəsi-3 ünvanında yaşayan bacısının evinə gedəcəyini deyib və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.