Gündüz vaxtı İçərişəhərdə bıçaqlı soyğun

06 Noyabr, 2019 17:59 | Hadisə | Baxış sayı: 61
Bıçaq
Bıçaq

Keçmiş məhkum şəhər sakininin 200 manatını alıb

İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb.

İstiPress-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər, M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.