KamAZ şəhər sakinini yerində öldürdü, ikincisi xəstəxanadadır

06 Noyabr, 2018 14:56 | Hadisə | Baxış sayı: 66
"Kamaz"
"Kamaz"

Daxili İşlər Nazirliyi ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

IstiPress-ə daxil olan məlumata görə, noyabrın 5-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Spartak Cəbiyev idarə etdiyi “KamAZ-55111” markalı avtokranla yolu keçən həmyerliləri Elvin Ağayevi və Rasim Rüstəmlini vurub. Nəticədə E.Ağayev hadisə yerində ölüb, R.Rüstəmli xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.