Rusiyada turist avtobusu aşdı

06 Oktyabr, 2019 12:25 | Hadisə | Baxış sayı: 60
Aşan avtobus
Aşan avtobus

Qəza nəticəsində 20 nəfər yaralanıb

Rusiyada turistləri daşıyan avtobus aşıb. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, qəza Nijeqorodsk vilayətində qeydə alınıb.

Saratovdan Bolşoe Boldino kəndinə gedən avtobus Qaqinsk rayonunda, Panovo-Osanovo kəndi yaxınlığında qəzaya uğrayıb. 

Avtobusda sürücü və 28 sərnişin olub. İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər yaralanıb. Ölənlərin olmadığı qeyd edilir. 

FHN-dən verilən məlumata görə, "Mercedes" markalı avtobusun sürücüsü dönmə zamanı idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb.