12 yaşlı uşaq 2 aylıq qardaşını eyvandan atdı

06 Oktyabr, 2019 12:16 | Hadisə | Baxış sayı: 325
Hadisə baş verən ərazi
Hadisə baş verən ərazi

3-cü mərtəbədən düşən körpə ölüb

Türkiyədə valideynlərin ani diqqətsizliyi faciəyə yol açıb. Ankarada 12 yaşlı uşaq 2 aylıq qardaşını pəncərədən atıb.

Hadisə gecə saat 03 radələrində baş verib. 12 yaşlı Çakır. A adlı oğlan uşağı hələlik bəlli olmayan səbəblərdən 2 aylıq körpə qardaşını yaşadıqları binanın 3-cü mərtəbəsinin eyvanından atıb.

Körpə ağır yaralı halda dərhal xəstəxanaya çatdırılıb. Lakin bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Polis hadisə baş verən ərazidə, ailə daxilində araşdırmaya başlayıb.